“Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub (FOTO)


Digərləri 09 Avq 2019 11:28:04 344 0

“Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub (FOTO)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Mərdəkan” təchizat-yedək gəmisi əsaslı təmir olunub. Trend-in məlumatına görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb. Proses zamanı braşpil qurğusu, su-yağ soyuducuları, on ədəd nasos, hava balonları, boru sistemləri (armaturları ilə birlikdə), su keçirməyən qapıların, illyuminatorların, dayanacaq mühərriklərinin generatorlarının və mexanizmlərin elektrik idarəetmə və qorunma sistemləri təmir edilib. Bundan başqa, bioloji qurğu tamamilə demontaj olunub, əvəzində yeni V=87,79m³ həcmində ballast çəninin fekal-çirkab su çəni kimi istifadəsi təmin olunub. Həmçinin, işçi heyətin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi təmir işləri aparılıb. Tərsanə təmiri zamanı isə gəminin hərəkət-sükan kompleksi, dib-yan armaturları, protektor qurğuları cari təmir edilib. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib. Bundan əlavə, gövdənin qorunması üçün cizgi əsasında yeni metal qoruyucu tirlər quraşdırılıb, baş göyərtədə lövbərlərin qoyulması üçün taxta döşəmə metal lövhə ilə əvəz olunub. Gövdə təmir işləri başa çatdırıldıqdan sonra gəmi üzrə rəngləmə işləri yerinə yetirilib.