Maylo Ventimilia Betmen rolu üçün çox qocadır


Digərləri 09 Avq 2019 08:37:00 174 0

Maylo Ventimilia Betmen rolu üçün çox qocadır

Amerikalı aktyor Maylo Ventimilia etiraf edib ki, "Warner Bros." kompaniyası Betmen rolu üçün onu çox qoca hesab edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 42 yaşlı aktyor hər zaman superqəhraman rolunu ifa etmək istədiyini bildirib. O, özünü Betmen rolunda görsə də arzusu ürəyində qalıb.

"Belə bir imkan yarananda mən agentlərə xəbər verdim ki, istəyimi lazımi ünvana çatdırsınlar. Ancaq onların cavabı məni çox məyus etdi", - deyə M.Ventimilia bildirib.

Bundan sonra Maylo Ventimilia 33 yaşlı britaniyalı aktyor Robert Pattisonun bu rolun öhdəsindən yaxşı gələcəyini bəyan edib.