Günəş küləklərinin araşdırılması üçün minigünəş hazırlandı


Digərləri 08 Avq 2019 22:50:00 229 0

Günəş küləklərinin araşdırılması üçün minigünəş hazırlandı

ABŞ-da olan Viskonsin-Medison Universitetinin araşdırmaçıları, Günəş küləklərini öyrənmək və Günəşin quruluşunu daha yaxşı anlaya bilmək üçün laboratoriya mühitində öz mini-günəşlərini yaratdı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Günəş planetimizdən milyonlarla kilometr uzaqdadır və təxminən 1,4 milyon kilometr diametrində böyük, isti bir plazma topudur. Milyardlarla ildir səmada dayanan və minlərlə ildir insanların araşdırdığı bu ulduzun sirləri hələ həll edilə bilməyib.

Bu mövzuda araşdırmalar edən Viskonsin-Medison Universitetinin elm insanları, Hollivud səviyyəsində bir dəliliyə sahib layihəsi ilə düşərgədə öz miniatür ulduzlarını yaratdılar.

Elmə xidmət edəcəyinə ümid etdiyimiz bu quruluş, Nature Physics jurnalında özünə yer tapmağı bacardı. Araşdırmaçıların yaratdığı cihaz, təxminən 3 metr diametrində və orijinal Günəşdən 1 milyon dəfə daha kiçik bir plazma quruluşu meydana gətirə bilir.

Big Red Ball (Böyük qırmızı top) adı verilən vasitəyə helium qazı nasosla vurulur və bu nasosla vurulan qazla plazma yaradılır. Günəş də sıx olaraq helium ifraz edir. Vasitənin mərkəzindəki maqnit, lazımlı maqnetik sahəni təmin edir və qrup bir dəfə sistemə elektrik verdiyində, Günəşin plazması və maqnetik sahəsi məqsədəuyğun şəkildə təqlid edilmiş olur.