Su polosu üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib


Digərləri 08 Avq 2019 22:27:00 231 0

Su polosu üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Su İdmanı Sarayında su polosu (vaterpol) üzrə açıq Bakı birinciliyi keçirilib.

Bakı. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Su İdmanı Sarayında su polosu (vaterpol) üzrə açıq Bakı birinciliyi keçirilib. BŞGİBİ-dən Trend-ə bildiriblər ki, yarışda Azərbaycan komandaları ilə yanaşı, Qazaxıstanın “Astana” klubunun vaterpolçuları da iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə “Astana” komandası birinci yeri tutub. Sonrakı yerlərdə müvafiq olaraq “Aqvatik-I”, “Aqvatik-II” və “MOİK” komandaları qərarlaşıblar. Qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.