İmanın ən möhkəm dayağı hansıdır?


Digərləri 08 Avq 2019 22:10:00 214 0

İmanın ən möhkəm dayağı hansıdır?

Həzrət Peyğəmbər (s) bir gün səhabələrinə belə bir sual verir: "İmanın dayaqları arasında hansı biri, başqalarından daha möhkəmdir?". Səhabələrdən biri dedi: "Namaz".Həzrət (s) buyurdu: "Xeyr". Bir başqası dedi: "Zəkat".Həzrət (s) buyurdu: "Xeyr". Biri dedi: "Oruc".Həzrət (s) buyurdu: "Xeyr". Dördüncüsü dedi: "Həcc və ümrə".Həzrət (s) buyurdu: "Xeyr". Beşincisi dedi: "Cihad".Həzrət (s) buyurdu: "Xeyr". Nəhayət, heç kəs Həzrəti (s) razı salan cavabı verə bilmədi. Əziz Peyğəmbər (s) buyurdu: "Adını çəkdiyiniz bu işlərin hamısı fəzilətli və böyük işlərdir. Ancaq bunlardan heç biri mən soruşduğum deyildir. İmanın ən möhkəm dayağı - Allaha xatir sevmək və Allaha xatir düşmən bilməkdir". Allah Təala bizləri imanda sabitqədəm olanlardan qərar versin.