Məsciddən oğurluq etdi, tutuldu


Digərləri 08 Avq 2019 20:19:00 221 0

Məsciddən oğurluq etdi, tutuldu

Masallıda məsciddə oğurluq olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 6-da Xıl kəndi ərazisində yerləşən məscidin həyətindən 850 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən rayon sakini A.Cəfərov saxlanılıb.