Bu ölkədə hind filmləri qadağan olundu


Dünya 08 Avq 2019 19:42:00 241 0

Bu ölkədə hind filmləri qadağan olundu

Pakistanda Hindistan filmlərinin nümayişinə qadağa qoyub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazir İmran Xanın informasiya və yayımlar üzrə xüsusi müşaviri Firdos Aşiq Avan bildirib.

Bu addımın Hindistanda Cəmmu və Kəşmir ştatının xüsusi statusunu təsbit edən Konstitusiyanın 370-ci maddəsinin ləğv edilməsinə cavab olaraq atıldığı bildirilir.

Həmçinin Kəşmir əhalisinə mənəvi dəstək tədbirlərinin də artırılacağı qeyd olunub.

O qeyd edib ki, hökumət incəsənətdə hind mədəniyyətinə aid istənilən kontenti qadağan etmək üzərində də işləyir.