Narkotiklərdən zəhərlənən uşaq xəstəxanaya yerləşdirildi


Dünya 08 Avq 2019 18:50:00 219 0

Narkotiklərdən zəhərlənən uşaq xəstəxanaya yerləşdirildi

İspaniyanın Valensiya şəhərində 15 aylıq uşaq narkotik zəhərlənməsi ilə xəstəxanaya çatdırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, uşağın kəllə-beyin travmaları aldığı məlum olub.

Onun 19 yaşlı anası bildirib ki, körpə daim yuxulu vəziyyətdə olub və bir neçə dəfə yıxılıb.

Aparılan yoxlamalar nəticəsində uşağın qanında kokain və marixuana aşkar edilib.