Xətai raynonunda qaz kəsilib - Nə vaxt veriləcək?


Digərləri 08 Avq 2019 18:08:00 243 0

Xətai raynonunda qaz kəsilib - Nə vaxt veriləcək?

Bakının Xətai rayonunda “Qazanlar-Keşlə” magistral qaz kəmərində quraşdırma və birləşdirmə işləri yekunlaşmaq üzrədir.

Bakı. Elçin Mehdiyev - Bakının Xətai rayonunda “Qazanlar-Keşlə” magistral qaz kəmərində quraşdırma və birləşdirmə işləri yaxın yarım saat ərzində yekunlaşacaq. “Azəriqaz” İB-dən Trend-ə verilən məlumata görə, quraşdırılma işləri yekunlaşdıqdan sonra qazın təchizatı bərpa ediləcək. Qeyd edək ki, bu gün səhər saat 09.00-dan etibarən Qaz İxrac İdarəsinin balansında olan “Qazanlar-Keşlə” magistral qaz kəmərinin üzərində quraşdırma işləri, eləcə də digər qaz xətlərində birləşdirmə işləri icra olunur.