Azərbaycanda itkin düşən uşaqların sayı artıb


Digərləri 08 Avq 2019 15:57:00 209 0

Azərbaycanda itkin düşən uşaqların sayı artıb

Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə isə 5375 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

2000-ci illə müqayisədə ölkədə itkin düşən uşaqların sayı azalsa da, ötən il onların sayı 2017-ci illə müqayisədə artıb.