Mərakeşdə ağır yol qəzası: 5 nəfər həlak olub


Dünya 08 Avq 2019 08:08:00 175 0

Mərakeşdə ağır yol qəzası: 5 nəfər həlak olub

Mərakeşin şimalındakı Taunat şəhərində baş verən yol qəzasında ən azı 5 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Hespress" agentliyi xəbər verib.

Fez şəhəri istiqamətində gedən sərnişin avtobusu zolaqdan çıxaraq aşıb. Nəticədə 5 nəfər ölüb, daha 37 nəfər isə xəsarət alıb.

Xəsarət alanlardan 5 nəfər aldıqları ağır zədələrə görə Fes xəstəxanasına göndərilib.