Mərakeşdə ağır yol qəzası: 5 nəfər həlak olub


Digərləri 08 Avq 2019 01:52:24 219 0

Mərakeşdə ağır yol qəzası: 5 nəfər həlak olub

Mərakeşin şimalındakı Taunat şəhərində baş verən yol qəzasında ən azı 5 nəfər həlak olub, 37 nəfər yaralanıb

Bakı. Mərakeşin şimalındakı Taunat şəhərində baş verən yol qəzasında ən azı 5 nəfər həlak olub, 37 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Hespress" agentliyi xəbər verib. Fez şəhəri istiqamətində gedən sərnişin avtobusu zolaqdan çıxaraq aşıb. Nəticədə 5 nəfər ölüb, daha 37 nəfər isə xəsarət alıb.