Avtomobil elektrik dirəyinə çırpıldı Yanğın baş verdi


Digərləri 07 Avq 2019 22:39:00 208 0

Avtomobil elektrik dirəyinə çırpıldı  Yanğın baş verdi

İmişlidə yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Muradxanlı kəndində "VAZ" markalı minik avtomobili idarəetməni itirərək elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri və yol kənarında 1 ha sahədə kol-kos yanıb.

Ərazidəki ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.