Altsheymer xəstəliyi ilə mübarizədə yeni metod


Digərləri 07 Avq 2019 20:37:00 220 0

Altsheymer xəstəliyi ilə mübarizədə yeni metod

İspaniyada qeyri-tibbi sanitar müalicəsi qocalıq demensiyası və Altsheymer xəstəlikləri olan pasiyentlərin stimullaşdırılmasında getdikcə populyar üsula çevrilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, adi oyuncaq bu halda qeyri-tibbi sanitar müalicənin bir hissəsidir. Oyuncaq həyəcan hisslərini azaltmaqda, diqqəti bir yerə cəmləməkdə və özlərini inamlı hiss etməkdə pasiyentlərə yardımçı olur.

Madriddə yerləşən qocalar evinin birində bu müalicə növünü ötən il tətbiq etməyə başlayıblar. Yaddaşını itirmiş yaşlı pasiyentlərə təcrübənin gedişində kuklalar verilir, onlar bu oyuncaqlara bir müddət qulluq etməli olurlar. Yaşlılar kuklaları əsl körpə kimi qəbul edir, onları nəvazişlə əhatə etməyə çalışırlar. Bütün bunlar bu ünsiyyət prosesi zamanı pasiyentləri dəstəkləyən həkimlərin nəzarəti altında baş verir.

Yaşlı İnsanlar və Sosial Xidmətlər İnstitutu (Imserso) nəzdindəki Altsheymer Xəstələrinə Qulluq üzrə Dövlət Mərkəzinin direktoru Maribel Qonsales bildirib ki, bir çox müalicə müəssisələri bu üsulla maraqlanmağa başlayıblar və məsləhətləşmək üçün onlarla əlaqə saxlayırlar. Salamankada yerləşən bu dövlət müəssisəsində adıçəkilən müalicənin elmi sübutlarının aşkarlanmasından ötrü tədqiqat aparılır. Orada qeyri-tibbi sanitar müalicə dərman vasitələrinin qəbulu əlavə olunmaqla 2008-ci ildən tətbiq edilir. Uzun illər ərzində bu üsulun tətbiqi pasiyentlərdə ünsiyyət bacarıqlarının yaxşılaşmasına, süstlüyün və qəzəbin azalmasına kömək edir. Qeyri-tibbi sanitar müalicə, həmçinin pasiyentlərin yuxu və gəzinti rejimlərinə riayət olunmasını əsaslandırmağa xidmət edir. Mütəxəssislər vurğulayırlar ki, kuklalara qulluq edərkən yaşlı insanlar cəmiyyət üçün hələ də əhəmiyyətli olmalarını dərk edir və nəvə-nəticələrini xatırlamadıqları dünyada daha az diskomfort hiss edirlər.