Cenifer Lopezin Antalyadakı konsertindən


Digərləri 07 Avq 2019 18:56:00 204 0

Cenifer Lopezin Antalyadakı konsertindən

Dünya ulduzu Cennifer Lopez Türkiyənin Antalya şəhərində konsert verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, 80 nəfərlik komandası ilə Antalyaya gələn ulduz, hava limanından polis və mühafizəçilərin qoruması ilə qaldığı 3 mərtəbəli villaya gəlib. 

Bir zamanlar Türkiyə prezidenti Ərdoğanın da qaldığı bu villanın 5 yataq otağı var. Şüşələri güllə keçirməz olan villada helikopter meydançası da qonaqların ixtiyarına verilib.

2000 nəfərlik zalda konsert verən ulduzun konsertinə yerli məşhurlar da axın ediblər.

Cennifer hava limanından qaldığı məkana gələnə qədər "İnstaqram" izləyiciləri ilə foto paylaşmağı da unutmayıb.

Lopezə ayaqüstü qulaq asanlar 7000 türk lirəsi (təxmini 3000 azn) ödəməli olub.

Lojada oturanlar isə 50.000 avro xərcə düşüblər.