Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digərləri 07 Avq 2019 18:35:00 205 0

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101576S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən Trend-ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiyməti 99,5158 AZN (6,26%) olan 21 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 656,724,500.00 AZN olub. Qeyd edək ki, AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti 99,5158 AZN (6,26%) müəyyən edilib.