Kosmonavt kosmosda şam yeməyi təşkil edəcək


Digərləri 07 Avq 2019 16:33:00 221 0

Kosmonavt kosmosda şam yeməyi təşkil edəcək

Birləşmiş Ərəb Əmirliklərinin bu ilin sentyabrında kosmosa uçuşu planlaşdırılan ilk kosmonavtı Xazza Al-Mansuri Beynəlxalq kosmik stansiyasında (BKS) Əmirliyin milli mətbəxindən ibarət şam yeməyi təşkil edəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məhəmməd bin Rəşid adına kosmik mərkəzi məlumat yayıb. Qeyd olunub ki, Al-Mansuri əmirliyin milli geyimində öz kolleqalarına üç milli xörək nümunələrini təqdim edəcək. Bundan öncə BKS-nin tarixində belə bir tədbir olmayıb. Əmirliyin kosmonavtı üçün milli yeməklərin hazırlanması ilə Rusiyanın "Kosmik qidalanma laboratoriyası" şirkəti məşğul olacaq.