Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI açıqlandı


Digərləri 07 Avq 2019 16:22:00 174 0

Azərbaycanın ən məhsuldar rayonlarının ADLARI açıqlandı

Azərbaycanda dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda dənlilərin və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Trend-in məlumatına görə, 2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 1 milyon 039,5 min hektar sahənin 1 milyon 026,5 min hektarı və yaxud 98,7 faizi biçilərək məhsulu yığılıb. Toplanmış məhsul 3 milyon 218,0 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub. Yığılmış məhsulun 2 milyon 167,1 min tonu və yaxud 67,4 faizi buğda, 1 milyon 014,9 min tonu (31,5 faizi) arpa, 36,0 min tonu (1,1 faizi) digər dənlilər və dənli paxlalı bitkilərdir. Respublikanın 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90,0 faizdən aşağı olub.