Bərdədə silsilə oğurluq edən şəxslər saxlanılıb


Digərləri 07 Avq 2019 15:09:00 187 0

Bərdədə silsilə oğurluq edən şəxslər saxlanılıb

Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı. Bərdə rayon ərazisindəki 4 evdən evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 11-dən avqustun 5-dək olan müddətdə rayon ərazisindəki 4 evdən pul, qızıl əşyalar, mobil telefon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Şahbazov və əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıblar.