Azərbaycanda bayram namazı avqustun 12-də qılınacaq


Digərləri 07 Avq 2019 14:49:00 196 0

Azərbaycanda bayram namazı avqustun 12-də qılınacaq

Azərbaycanda avqustun 12-də bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda avqustun 12-də bütün məscidlərdə Qurban bayramı namazı qılınacaq. Trend-in məlumatına görə, bayram namazı avqustun 12-də 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq. Bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin də iştirak edəcəyi gözlənilir.