“British Airways”in kompüter sistemində nasazlıq - 300-ə yaxın reys təxirə salındı


Digərləri 07 Avq 2019 14:56:47 250 0

“British Airways”in kompüter sistemində nasazlıq - 300-ə yaxın reys təxirə salındı

Böyük Britaniyanın “British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb

Bakı. Böyük Britaniyanın “British Airways” aviaşirkətinin kompüter sistemində baş vermiş texniki qüsurla əlaqədar 300-ə yaxın reys təxirə salınıb. Trend-in məlumatına görə, problem əsasən Londonun Getvik, Hitrou və Siti hava limanlarına təsir göstərib. Avropanın digər hava limanları da zərər çəkib. Reyslərin ləngimələri ilə əlaqədar hava limanlarında sıxlıqlar yaranıb.