Ərini bacısı ilə yataqda tutan Gülay: "Dedi, artığına qalmamışam"


Digərləri 07 Avq 2019 12:20:00 251 0

Ərini bacısı ilə yataqda tutan Gülay: "Dedi, artığına qalmamışam"

37 yaşlı Gülayın ünvanı qadın sığınacağıdır. Özünə bir küncdə yer tapıb yaşamağa çalışır.

Deyir dünyaya gəlməyi də çətin olub: "Deyiblər ya anası, ya uşaq. Bəlkə də elə o vaxtdan doğulmasaydım daha yaxşı olardı". Amma təsadüfdənmi, ya alın yazısındamı anası da, özü də sağ qalıb. 1979-cu il noyabrın 21-də dünyaya göz açıb Gülay. Valideynlərinin ilk ovladı olub. Normal ailə, ata-ana yanında böyüyüb. Ondan sonra ailədə daha bir qız və bir oğlan doğulub. Özünü dərk edəndən ən böyük arzusu ali məktəbdə oxumaq olub. O da hamı kimi məktəbə gedib. Riyaziyyat üzrə olimpiadada, atıcılıq üzrə yarışlarda birinci yerə çıxıb. Gülay oxumağı o qədər sevirmiş ki, qışda ayaqqabısı ayağını yara edəndə dərsdən qalmasın deyə, qarda yay ayaqqabısı ilə məktəbə gedirmiş: "Əvvəllər ailəmdən narazı deyildim. Oxumaq üçün hər şeyimi verdim, amma faydası olmadı. Bəzən hətta suallar verirdilər - atanı çox istəyirsən, ya ananı, cavab verirdim heç kəsi. Çünki həqiqətən də mənim heç kəsə istəyim olmayıb. Mən ancaq kitablarımı sevmişəm".

Təhsil almaq arzusu 100 dolların qurbanı olub

Son.az ölkə.az-a istinadən bildirir ki, təhsil almaq arzusu gerçəkləşməyib Gülayın atası əvvəl böyük kolbasa zavodlarından birinin müdiri, sonra restoran sahibi olub. Buna baxmayaraq o, qızın ali təhsil almaqda dəstək olmayıb: "Oxumaq arzum 100 dolların qurbanı olub. Mən ilk nəvə idim ailədə. Bizlərdə ilk nəvəyə hər ad günümdə qızıl beşlik gətirirdilər. Adıma 10-15 qızıl beşlik yığılmışdı. Anama dedim ki, onun ikisini ver mənə, təhsil almaq istəyirəm. Anam dedi ki, atandan icazəsiz verə bilmərəm. Bizim evdə o zamanlar heç nəyin sayı-hesabı yox idi. O qızıldan ikisi mənə verilsəydi də, hiss olunmayacaqdı. Amma anam vermədi. Səhərisi atam maşını ilə qəza törətdi, maşınının mühərriki dağılmışdı. Anam boynundakı qızıl boyunbağını çıxardıb verdi. Bir dəmir parçasına qızıl verildi, amma mənim təhsilimə yox".

Bu hal həyatında ən böyük zərbə olub, deyir Gülay. Elə bundan sonra da onun faciəli ailə həyatı başlayıb. Onu oxumağa qoymadıqları üçün acığa düşür və sevmədiyi biri ilə ailə qurur. Özü dediyi kimi kasıb, heç nəyi olmayan bir oğlanla izdivaca razı olur: "Mən o adama dedim ki, götür qaç məni. Mən heç ağ gəlinlik belə geyinmədim, ağ gəlinlik ayaqqabım belə olmadı, bəzənmədim. Sadəcə getdim. Düşündüm ki, bəlkə ər evində oxuya bilərəm..."

Gülay, toyun səhəri günü gəlin çökdüyü evdən qaçmaq istədiyini deyir: "Toyun səhəri günü səhv elədiyimi anladım. Yenə də şükür edirəm, çünki xasiyyətimi bilirəm. Ən böyük səhvim oxumaq uğrunda mübarizə aparmamaq olub. Bir də həyatda həmişə yalansız, xəyanət olmayan dünya axtarıram. O dünyanı kitablarda axtarmışam. Düzdür, hələ tapmamışam, amma yəqin məndən sonrakılar tapar".

Ailə qurduqdan bir il sonra qızı olur. Bütün arzu və istəklərini bu qızına bağlayır. Özünün çatmadığı arzulara qızının çatmasını əl açıb Allahdan istəyir. Həyat yoldaşının xəyanətlərinə dözərək, qızını böyütməyə başlayır.

"Bəzən qadınlar kişilərin xəyanətindən danışırlar. Onsuz da bu xəyanət həmişə olub və olacaq. Amma kişi xəyanəti edib evində bildirməyəndir".

"Bacım dedi: "Sənin artığına qalmamışam"

Gülay ikinci dəfə ana olur, oğlu dünyaya gəlir. 16 illik ailə həyatının sona çatmasına Gülayın bacısı ilə həyat yoldaşı arasındakı münasibət səbəb olur. Gülay 9 yaşlı qızı ilə  rayondan qayıdıb doğma bacısını həyat yoldaşı ilə birgə yataqda görür. Gülayın dünyası həmin andan yıxılır. Qızı da çox pis olur bu hadisəyə.

"Bacımla ərimə dedim ki, əgər bir-birinizi istəyirsinizsə, mən çıxım gedim. Bacım mənə - "sənin artığına qalmamışam" - dedi. Onun bu sözü mənə ərimin  xəyanətindən daha  pis təsir etdi". 

Gülay 9 yaşlı körpəsinin təkidi ilə 16 illik ailə həyatına son qoymağa qərar verir. Boşandıqdan sonra qızını özü ilə götürüb kirayə ev axtarışına çıxır. Maddi çətinlik ucbatından oğlu atasının yanında qalır. Həmin vaxtdan Gülayın qızının ürəyi xəstəliyə tutulur. Gülay deyir ki, hazırda 19 yaşı olan qızının ürəyi paroqdur.

"Artıq itirəcəyim heç nə yoxdur"