Bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir - Mənəvi Dəyərlərin Təbliği Fondu


Digərləri 07 Avq 2019 11:47:51 198 0

Bəzən dini bayramlar vasitəsilə radikal ideyaların xaricdən ixrac edilməsinə cəhd edilir - Mənəvi Dəyərlərin Təbliği Fondu

Qurban əti kəsilərkən bayramın mahiyyətinə daha çox fikir verilməlidir.

Bakı. İlhamə İsabalayeva - Qurban əti kəsilərkən bayramın mahiyyətinə daha çox fikir verilməlidir. Trend-in məlumatına görə, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev "Dini bayramlar: tarix, ənənə və müasirlik" mövzusunda keçirilən konfransda deyib. Onun sözlərinə görə, Qurban əti kəsilərkən ətin çox hissəsini insan özündə saxlamamalı və ya qohumlara paylamamalıdır. Qurban ətini yoxsul insanlara paylamaq Qurban bayramının daha şəfqətli tərəfidir: