İmam Əli ilə Həzrət Fatimənin evlənməsi barədə İlahi qərarın təsviri


Digərləri 06 Avq 2019 22:50:00 211 0

İmam Əli ilə Həzrət Fatimənin evlənməsi barədə İlahi qərarın təsviri

"Uyun əxbari Rza" adlı kitabda İmam Rzanın (ə) nəql etdikləri və hədisləri dərc edilmişdir. Bu kitab Əlhi-beyt (ə) məktəbinin mötəbər kitablarından sayılır ki, orada fiqh elminə aid məsələlər də bəyan edilmişdir. (Tebyan)

Bu kitabda oxuyuruq:

Həzrət Əlinin (ə) mübarək narahatlığı.

"Evlənməyi qərara almışdım, ancaq bu mövzunu sərvərimə deməyə cürət etmirdim. Gecə və gündüz gələcəyimi düşünürdüm. Bir gün Həbibimin yanında olanda mənə buyurdu: "Əlican! Evlənməklə aran necədir?". Mən başımı aşağı saldım və hiss edirdim ki, Həzrət (s) necə mənim bəy olmağım üçün bir ata kimi ləzzət alırdı. Xəcalətlə yavaşca dedim: "Allahın Rəsulu (s) daha çox biləndir". Lakin ürəyim sirkə-sarımsaq kimi qaynayırdı. Nigaran idim, mən ürəyimi elə bir dilbərə bağlamışdım ki, qorxurdum Həzrət (ə) mənə başqasını təklif edər. Bizim qəbiləmiz olan Qureyşdə qız az deyildi. Lakin mənim ürəyimi alan - onlardan deyildi. Nigaran idim".

"Bilmədim nə oldu, dedilər ki, Həbibin səninlə işi var. O, mənim canım idi və məni çağıran zaman "Ləbbeyk!" səsim ona tərəf uçardı. Ancaq bu dəfə ürəyim bir qədər titrədi. Sanki başa düşmüşdüm. Özümü Ummi Sələmənin evinə çatdırdım. Peyğəmbərin (s) gözü mənə sataşan zaman ayağa qalxdı və əllərini açıb mənə tərəf gəldi. Peyğəmbər (s) nə qədər sevinirdi! Gözlərindən nur çıxırdı və elə gülürdü ki, nazənin dişləri görünürdü. Dedi: "Əli! Müjdə ver!". Dedim: "Sərvərim, xeyirdir, inşəallah! Əvvəl deyin nə olub ki?". Məni sinəsinə sıxır və gülürdü. Dedi: "Allah mənim fikrimi məşğul edən sənin evliliyini Özü öhdəsinə götürdü". "Məni deyirsiniz?" Dizlərim süstləşdi və təşvişdən səbir edə bilmədim. "Macəra nədir?""

Allahın Həbibi (s) buyurdu:

"Əyləşmişdim ki, səma dostum Cəbrayil (ə) sünbül və mixək budaqları ilə yanıma gəldi. Onları mənə verdi və mən o ikisini alıb iylədim. Dedim: "Bu gül dəstəsi nə münasibətlədir?". Dostum dedi: "Məgər xəbərin yoxdur? Allah bütün hurilərə əmr etmişdir ki, Firdovsu bəzəsinlər. Behişt küləklərinə də əmr etmişdir ki, müxtəlif ətirlərlə əssinsinlər. Hurul-eynlərə əmr etmişdir ki, "Taha", "Yasin", "Şura" surələrini oxusunlar". Mən hələ də cavabımı almamışdım. Bütün bunlar nə üçün idi? Məgər toydur? Bu fikirdə idim ki, dostum dedi: "Allah behişt carçısına əmr etmişdir ki, car çəksin: "Ey Mənim pərilərim! Ey behişt əhli! Toplanın ki, burada toy mərasimidir. Fatiməni (s.ə) Əlinin (ə) gəlini etmişəm. Əli (ə) dilbərinə çatıb". Cəbrayil (ə) bunları danışırdı və mən bunları eşidən zaman şövqdən yerimdən sıçradım. Allaha şükür etdim. Səma döstum dedi: "Allah Təala Rahilə - xoş səsli və xoş danışıqlı o pəriyə əmr edib ki, xütbə oxusun".