Bədbəxtliklər gətirən 9 günah


Digərləri 06 Avq 2019 20:55:00 281 0

Bədbəxtliklər gətirən 9 günah

"Kumeyl" duasında oxuyuruq:

اَللّـهُمَّ اغْفِـرْ لِي الذُّنُوبَ الَّتي تُنْزِلُ النِّقَمَ

"Əllahumməğfir liyəz-zunubəlləti tunzilun-niqəm." - "İlahi, cəzaları, bədbəxtlikləri endirən günahlarımı bağışla!"

İlahi, danlaq və məzəmmət gətirən günahlarımı bağışla!

"Məanil-əxbar"da nəql olunmuş bir rəvayətdə İmam Səccad (ə) doqquz belə günah sadalayır:

1. Zülm və haqsızlıq etmək:

İmam Sadiq (ə) buyurur: "Mömində altı xüsusiyyət olmaz: acizlik, xəsislik, düşmənçilik, yalan, həsəd, xalqa zülm." ("Biharul-ənvar", c.72, səh.273.)

2. Başqalarının hüququna təcavüz etmək:

Son.az maide.az-a istinadən bildirir ki, İslam Peyğəmbəri (s) buyurmuşdur: "Doğrudan da ən üstün yaxşılıq xalqa yaxşılıq, ən böyük pislik isə başqalarının hüququna təcavüz etməkdir." ("Biharul-ənvar", c.72, səh.273.)

Allah-Taala insanlar arasında hüquqlar müəyyənləşdirmişdir ki, bu hüquqlara riayət etmək vacib, onları pozmaq isə günahdır. Qurani-Kərim ayələri və Əhli-beyt hədislərində ata-ananın övlada, övladın ata-anaya, qohumluq və qonşuluq hüquqları, xalqın hökumət, hökumətin də xalq qarşısında vəzifələri, varlıların kasıblar qarşısındakı məsuliyyəti ətraflı şəkildə bəyan olunur. Hüququn ən kamil şəkildə bəyan olunduğu risalə İmam Zeynəlabidinin (ə) "Hüquq risaləsi"dir. Bu risalə ilə yaxından tanışlıqdan sonra insan müsəlman hüququ qarşısında özünü vəzifəli hiss edir. Bu hüquqlardan hər hansı birini pozmaq aşkar günahdır və onun cəzası vardır.

3. Allahın bəndələrini istehza etmək:

İnsanların geyimini, yoxsulluğunu, əqidəsini, sənətini istehza və masqara etmək böyük günahdır və bu günahın dünya və axirət cəzası vardır. İnsanı masqaraya qoymaq onun şəxsiyyətini təhqir etmək deməkdir. Qurani-Məcid masqara edənləri münafiq, zalım, günahkar adlandırır və onlara dərdli əzab vəd edir. "Bəqərə" surəsinin 14-cü ayəsində oxuyuruq: "Onlar möminlərlə qarşılaşdıqları zaman "biz də iman gətirdik" deyirlər. Öz şeytanları ilə təklikdə qaldıqda isə "biz də sizinləyik, biz onlara ancaq istehza edirik" deyirlər."

İmam Sadiq (ə) buyurmuşdur: "Qiyamət zamanı bir nida ucalar: "Mənim dostlarımdan üz çevirənlər haradadırlar?" Üzündə ət olmayan bir dəstə insan ayağa qalxar. Bu zaman deyilər: "Bunlar iman əhlinə əziyyət verənlər, onlarla düşmənçilik edənlər, onlara inad göstərib, onların dinini masqara edənlərdir." Sonra əmr olunar ki, onları Cəhənnəmə atsınlar."

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah-Taala buyurur: "Mömin bəndəmi xar edən şəxs Mənimlə döyüşə qalxmışdır." ("Kafi", c.2, səh.351.)

Bəli, insanlara rişxənd etmək onları kiçik saymaqdır. Qurani-Kərim bu işi pisləyir və tövbə etməyənləri zalım adlandırır.

4. Əhdi pozmaq:

Əhd-peyman və ona vəfa etmək Qurani-Məcid və Əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani bir həqiqətdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), imamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır. "Nəhl" surəsinin 91-ci ayəsində buyurulur: "Əhdbağladığınız zaman Allahın əhdinə vəfa edin." "Bəqərə" surəsinin 27-ci ayəsində oxuyuruq: "O kəslərki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayırvə yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır." "İsra" surəsinin 34-cü ayəsində isə belə buyurulur: "Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır." "Maidə" surəsinin 1-ci ayəsində oxuyuruq: "Ey iman gətirənlər, əhdlərə sadiq olun."

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir, hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz." ("Kafi", c.2, səh.290.)

5. Aşkar şəkildə günah etmək:

Qurani-Məcid xalqı aşkar və gizli günahdan çəkinməyə çağırır. ("Ənam"/151). Aşkar günah həyasızlıq və ədəbsizlik, İslam cəmiyyətinin qanunlarına hörmətsizlik nişanəsidir. İslam dinində ictimai mühitin çirkləndirilməsi olduqca sərt məzəmmət edilir. İslam ümmətinin həyatında qarışıqlıq salanlar üçün ciddi cəzalar nəzərdə tutulur.