Həcc ziyarəti zamanı onlarla İran vətəndaşı


Dünya 06 Avq 2019 19:45:00 243 0

Həcc ziyarəti zamanı onlarla İran vətəndaşı

Həcc ziyarəti zamanı daha 3 iranlı zəvvar dünyasını dəyişib.

Son.az redaktor.az-a istinadən xəbər verir ki, onlar müxtəlif xəstəliklər səbəbiylə həyatını itirib. Bununla da, son bir neçə gün ərzində Həcc ziyarəti zamanı ölən iranlı zəvvarların sayı 6 nəfər çatıb. Onlardan 4-ü kişi, 2-si qadındır. 

Daha bir neçə zəvvar səhhəti pisləşdiyi üçün vətənə qayıdıb. Qeyd edək ki, bu il İrandan Səudiyyə Ərəbistanına Həcc ziyarəti üçün 90 minə yaxın insan yollanıb.

Son bir ay ərzində müqəddəs torpaqlarda Türkiyədən olan 21 nəfər həyatını itirib. Anadolu agentliyinin məlumatına görə, onlardan yarısı ürəktutmasında dünyasını dəyişib. Ölüm hallarının əksəriyyəti 60-70 yaşlı insanlar arasında qeydə alınıb.