Həmyerlisini maşınla vurub öldürdü


Digərləri 06 Avq 2019 19:47:00 213 0

Həmyerlisini maşınla vurub öldürdü

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 5-də saat 7 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Nəriman Binnətovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.