Ebru ona yaxta hədiyyə etmək istəyən kişini ifşa etdi


Digərləri 06 Avq 2019 19:29:00 232 0

Ebru ona yaxta hədiyyə etmək istəyən kişini ifşa etdi

Müğənni Ebru Polat ona mesaj yazaraq, yaxta hədiyyə vermək istəyən kişini ifşa edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi onun yazdıqlarını sosial şəbəkədə paylaşaraq, tənqid atəşinə tutub.

Polat adını gizlətdiyi kişinin onun yaxta sürən yerdə çəkilən fotosunu göndərib "Vaxtınız olanda, mənim də yaxtamı sürə bilərsəniz. Hətta sizə yaxta da hədiyyə edə bilərəm. Əlbəttə, istəsəniz" sözlərini yazdığını bildirib.

Təklifə əsəbiləşən Ebru "Bunu özəl olaraq paylaşıram. Bir də belə mesajlar yazsanız, adınızı da paylaşacam. Heç nə bilmirlər, heç olmasa hədlərini aşmasınlar" cavabını verib.


Xəbərə aid foto