Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI


Digərləri 06 Avq 2019 16:23:00 215 0

Bakıda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI

2019-cu ilin iyun ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,4 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2019-cu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,0 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,2 faiz bahalaşıb.

2019-cu ilin iyun ayında qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,1 faiz ucuzlaşıb, Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.

2019-cu ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz bahalaşıb.