Aİİ tələbələri Türkiyə Dəyanət İşləri Başqanlığının Bursa Müftiliyini ziyarət ediblər (FOTO)


Digərləri 06 Avq 2019 16:10:00 258 0

Aİİ tələbələri Türkiyə Dəyanət İşləri Başqanlığının Bursa Müftiliyini ziyarət ediblər (FOTO)

Tələbələr Dəyanət İşləri Başqanlığı Bursa Müftiliyini, Mehrablı məscidini ziyarət edib, eyni zamanda, Uludağa ekskursiyaya yollanıblar.

Bakı. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri “Yay məktəbi”nin növbəti günlərində Türkiyə Respublikası Dəyanət İşləri Başqanlığı Bursa Müftiliyini, Mehrablı məscidini ziyarət edib, eyni zamanda, Uludağa ekskursiyaya yollanıblar. İnstitutdan Trend-ə verilən məlumata görə, Bursa Müftiliyini ziyarət zamanı tələbələrimizə Dəyanət İşləri Başqanlığı, həmçinin onun yerlərdəki şöbələri haqqında geniş məlumat verilib. Qurumun yaranma tarixi, vəzifələri və məqsədləri barədə söhbət açılıb. Tələbələrimiz Bursa Müftiliyinin kitabxanası ilə yaxından tanış olublar. Mehrablı məscidini ziyarət edərkən İbadət evinin 2005-ci ildən istifadəyə verildiyi diqqətə çatdırılıb. Bursa şəhərinin yeni məscidlərindən olan Mehrablı genişliyi və görünüşü ilə diqqət cəlb edir. Burada, həmçinin “Qurani-Kərim” dərsləri də tədris olunur. “Yay məktəbi”nin sonuncu günü gənclər Uludağa ekskursiya edib, buradan Bursanın görüntüsünü izləyiblər.