"Mənim qızım təmizdir, onu niyə ləkələyirsiniz?"


Şou-biznes 06 Avq 2019 15:55:00 270 0

"Mənim qızım təmizdir, onu niyə ləkələyirsiniz?"

Rafael müəllim, övladlarınızı yığıb demisinizmi ki, "Birdən mənim adıma ləkə gətirəcək nəsə edərsiniz?!"

Son.az xəbər verir ki, bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda xalq artisti Rafael Dadaşova müraciət edib.

Aktyor efir vasitəsi ilə ailəsi və müğənni qızı Səidə barədə xoşagəlməz fikirlər səsləndirənlərə üzünü tutub:

"Molyerin yaxşı bir sözü var: "Almaz ləkə götürməz". Almaz, brilliant təmiz olur. Ləkəli brilliant sayılmır. Mən hər dəfə demişəm ki, bir ünvana xoşagəlməz söz demək üçün fikirləşin ki, bu, kimin övladıdır. Vətən üçün, incəsənət üçün bu nə edib? Hansı ad qoyub, hansı titullara malikdir? Rafaeli əgər sevirsinizsə, hərdən qızımı niyə ləkələyirsiniz? Niyə? Axı ona dəyən daş mənə dəyir. O qədər təmiz, safdır, brilliantdır mənim qızım. Amma atası var axı!" 


Xəbərə aid fotolar