Rihanna Trampa qarşı


Digərləri 06 Avq 2019 14:11:00 241 0

Rihanna Trampa qarşı

Ötən həftə Amerika prezidenti Donald Trampın ard-arda baş verən silahlı hücumlara reaksiyası geniş müzakirələrə səbəb olub. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 9 nəfərin öldüyü Ohayo terror hadisəsindən danışan Tramp bunu faciə adlandırıb. O, həmçinin Texas ştatında şübhəli bir şəxsin "Walmart" ticarət mərkləzindəki və Gilroy Sarımsaq festivalındakı qətliamları qınayıb və hücumçuları terrorçu adlandırıb. 

Dünya ulduzu Rihanna isə Trampa İnstaqram səhifəsində etirazını bildirib: "Donald, "terrorizm" sözünü səhv yazmısan. Ölkən saat içində ard-arda 30 məsum insanın ölümünə səbəb olan 2 terror hücumu yaşayıb. Kaliforniyadakı hücumdan sonra başqa bir terrorçunun AK-47 tüfəngi ilə 6 nəfəri öldürdü. AK- 47 almaq, viza almaqdan daha asan olduğunu düşünün.

Terrorçuları Amerikada tutmaq üçün bir divar inşa etdiklərini xəyal edin. Texas, Kaliforniya və Ohayoda qurbanların ailələrinə və yaxınlarına dua və dərin hüznlə başsağlığı verirəm. Heç kim belə ölməyə layiq deyil! Heç kim".