Lerikdə 2 otaq və aynabənddən ibarət ev yanıb


Digərləri 06 Avq 2019 13:39:00 196 0

Lerikdə 2 otaq və aynabənddən ibarət ev yanıb

Lerik rayonunda yanğın hadisəsi baş verib

Bakı. Lerik rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Lerik rayonunun Qələbin kəndində ümumi sahəsi 120 m² olan olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 2 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.