DİN: Hövsanda baş verən qəzada 2 nəfər ölüb, 12 nəfər yaralanıb


Digərləri 06 Avq 2019 13:11:00 200 0

DİN: Hövsanda baş verən qəzada 2 nəfər ölüb, 12 nəfər yaralanıb

Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Elçin Mehdiyev - Hövsan qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Avqustun 5-də saat 17 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Əsgərovun idarə etdiyi “Mercedes” və N.Həşimovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobillərdə olan sərnişinlərdən Əjdər Xudaverdiyev və Əli Musayev ölüb, digər 12 sərnişin isə xəstəxanaya yerləşdirilib. Suraxanı RPİ tərəfindən araşdırma aparılır.