Qırğızıstanda qızıl mədənində dava düşdü - Onlarla yaralı var


Digərləri 06 Avq 2019 12:42:52 201 0

Qırğızıstanda qızıl mədənində dava düşdü - Onlarla yaralı var

Qırğızıstanın Narın vilayətində qızıl mədəninin işçiləri ilə yerli sakinlər arasında kütləvi dava baş verib

Bakı. Qırğızıstanın Narın vilayətində qızıl mədəninin işçiləri ilə yerli sakinlər arasında kütləvi dava baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 40 nəfər xəsarət alıb. Qeyd olunur ki, 300-ə yaxın yerli sakin mədənə gələrək işçilərdən buranı tərk etməyi tələb edib. Nəticədə mübahisə yaranıb və tərəflər bir-birinə daş atmağa başlayıblar.