Qəbələdə zəhərlənənlərin sayı 89 nəfərə çatdı


Digərləri 06 Avq 2019 11:44:00 195 0

Qəbələdə zəhərlənənlərin sayı 89 nəfərə çatdı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon xəstəxanasına müraciət edənlərin sayı 89 nəfərə çatıb.

Bakı. İlhamə İsabalayeva - Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfərə çatıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət edənlərin 19-u qadın, 8-i uşaq, qalanları kişilərdir. Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım göstərilib. Hazırda xəstəxanada 1 nəfər - 2004-cü il təvəllüdlü Əsgərov Bayram Bilal oğlu müalicəsini davam etdirir.