2020ci ildə 200 milyonadək “5G” smartfon istehsal ediləcək


Digərləri 06 Avq 2019 08:51:00 260 0

2020ci ildə 200 milyonadək “5G” smartfon istehsal ediləcək

2020-ci ildə "5G" şəbəkələrini dəstəkləyən smartfonların tədarük həcmi 150-200 milyon təşkil edəcək ki, bu da dünya smartfon bazarının 10%-ni təşkil edəcək. Tayvanın "DigiTimes" informasiya portalına istinad edən sahə analitikləri belə proqnoz veriblər.   Son.az ICTnews-a istinadən bildirir ki, "Gartner"in analitiklərinin gözləntisinə görə, 2023-cü ilədək smartfon satışının 51%-i "5G" modellərin payına düşəcək. 2019-cu ilin birinci yarısında bir neçə istehsalçının belə aparat təqdim etməsinə baxmayaraq, həmin aparatların qiyməti bahadır.   2020-ci ildə mağazalarda beşinci nəsil (5G) şəbəkələrini dəstəkləyən daha ucuz qurğular əlçatan olmalıdır, çünki məhz belə məhsullar satıcılar tərəfindən bazarda azalan tələbatı aradan qaldırmaq üçün alətlərdən biri kimi nəzərdən keçirilir.   Bundan əvvəl "5G" şəbəkələr 2019-cu ildə ABŞ, Cənubi Koreya, İsveçrə, Finlandiya və Böyük Britaniyanın bəzi şəhərlərində istifadəyə verilib. Operatorlara sözügedən texnologiyanı böyük şəhərlərdən kənarda tətbiq etmək üçün vaxt lazım olacaq. Son.az