Geyinilə bilən sağlıq monitoru hazırlanıb


Digərləri 06 Avq 2019 08:55:00 190 0

Geyinilə bilən sağlıq monitoru hazırlanıb

Elm insanları geyinilən texnologiyadan istifadə edərək  sağlamlıq monitoru istehsal ediblər. Monitoru bədəninizə yapışdıraraq  ürək döyüntünüzün sürətinizə, tənəffüs sürətinə və hərəkət fəallığını ölçə bilərsiniz.

Son.az chip.az-a istinadən bildirir ki, tədqiqatçılar elastik elektron parçalarından istifadə edilərək kabelsiz geyinilən sağlamlıq monitoru hazırlayıblar. Bu  sensor sayəsində yaşlıların, uşaqların dəri yaralanmaları və ya allergik reaksiyalar olmadan rahat və uzun müddətli olaraq izlənməsinin asanlaşması məqsədi daşıyır. Ənənəvi sensorlar çox kiçik və ya çox yaşlı insanların dərilərində bəzi zədələrə yol açır.   Geyinilə bilən sensor səsyazma cihazına 15 metrə qədər EKG, ürək atış sürəti, tənəffüs sürəti və hərəkət fəallığını bildirir. Sensor xüsusilə ənənəvi monitorlar tərəfindən zərər görən həssas dəriyə malik olanlar üçün hazırlanıb.

Yeni sensorun digər bir əhəmiyyətli xüsusiyyəti isə dəriyə tabe olması səbəbilə tipik metal elektrodların dəri üzərində hərəkət etməsi ilə yaranan siqnal problemlərini həll etməsidir. Bu cihaz kabelsiz olduğundan istifadəçilərin bədəninə bərkidilmiş bir kabelə də ehtiyac olmayacaq.

Monitor 3 santimetr diametrindədir və kiçik bir doldurma batareyası ilə işləyir. Sonrakı mərhələlərdə  bu batareyanın xarici bir RF doldurma sistemi ilə dəyişdiriləcəyi gözlənilir.