Planşet bazarında 12%lik azalma qeydə alınıb


Digərləri 06 Avq 2019 08:21:00 243 0

Planşet bazarında 12%lik azalma qeydə alınıb

"Digitimes Research"in analitiklərinin proqnozuna görə, 2019-cu ilin ikinci rübündə qlobal planşet bazarının həcmi 32,66 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 11,9% azdır.

Son.az ICTnews-a istinadən bildirir ki, analitiklər planşetlərin tədarük həcminin azalmasını yeni "iPad" modellərinin təqdim olunmaması, brend olmayan cihazlara tələbatın zəif olması və ABŞ-ın "Huawei" şirkətinə qarşı sanksiyaları ilə izah ediblər.

Ekspertlərin fikrincə, 2019-cu ilin aprel-iyun aylarının nəticəsinə görə, "Apple" korporasiyası ən böyük planşet istehsalçısıdır. İkinci yeri "Samsung", üçüncünü isə "Amazon" şirkətləri tutublar.

"Huawei" şirkəti ən böyük planşet istehsalçılarının reytinqində dördüncü yerə düşüb, "Lenovo" isə yenidən beşinci yerdə qərarlaşıb.