Haitidə qəza: 11 nəfər ölüb


Dünya 06 Avq 2019 08:02:00 239 0

Haitidə qəza: 11 nəfər ölüb

Haiti Respublikasında baş verən yol qəzasında azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza, ölkənin qərbindəki Grand Anse ərazisində qeyd alınıb.

İnsanları daşıyan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil çevrilib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ölkə polisi hadisəni araşdırır.