Muzeylərə gələnlərin sayı çoxalıb


Digərləri 06 Avq 2019 07:45:00 179 0

Muzeylərə gələnlərin sayı çoxalıb

Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda muzeyləri ziyarət edənlərin sayı artıb. Trend-in məlumatına görə, 2019-cu ilin əvvəlinə olan məlumata görə, ölkədə muzeylərə gələnlərin sayı bir il ərzində 3 milyon 171 min nəfər olub. 2018-ci ilin əvvəlinə olan məlumata görə, il ərzində muzeyləri 3 milyon 3 min, 2017-ci ilin əvvəlində isə 2 milyon 698 min nəfər ziyarət edib. Hazırda Azərbaycanda 239 muzey var ki, onların 77-si tarix, 42-si memorial, 67-si diyarşünaslıq, 41-i sənətşünaslıq, 12-si digər muzeylərdir.