Ağdaşda 40 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)


Digərləri 05 Avq 2019 22:00:00 212 0

Ağdaşda 40 kilometrlik yolun yenidən qurulması yekunlaşır (FOTO)

Ağdaşda uzunluğu 40.5 km olan yolun yenidən qurulması yekunlaşır.

Bakı. Elçin Mehdiyev - Ağdaş rayonunda Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral marşrutu üzrə 40.5 km uzunluğa malik bir-neçə istiqamət üzrə avtomobil yolları əsasıə şəkildə təmir edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yollar 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Qara və çınqqıl örtüklü IV texniki dərəcəli Orta Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir olumadığından yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri start verilib. Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılıb. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır. Yol boyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yol boyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri aparılır. Yolun 250 min kv.m-ə yaxın sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.