Yeni elmi tədqiqat sahəsi "kosmik arxeologiya" yaranır


Digərləri 05 Avq 2019 20:27:00 72 0

Yeni elmi tədqiqat sahəsi  "kosmik arxeologiya" yaranır

Arxeologiya elminin yeni qolu - "kosmik arxeologiya" yaranır. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bundan sonra Yer kürəsində qədim artefaktların, yaşayış məskənlərinin və abidələrin aşkar olunmasında kosmosda fəaliyyət göstərən peyklərin xidmətlərindən istifadə ediləcək. Bu tədqiqatların detalları professor Sara Perkakın "Kosmosdan arxeologiya" ("Archaeology from Space") kitabında təsvir edilib. Alim yazır ki, yeni metod vasitəsilə minlərlə antik şəhərin, yaşayış məskənlərinin müfəssəl xəritəsini hazırlamaq mümkün olacaq.

Sara Perkakın kitabında kosmik arxeologiyanın əsasları təsbit edilib və kosmosdan Yerdəki qədim abidələrin və şəhərlərin yerinin müəyyən olunmasının necə həyata keçiriləcəyi göstərilib. Onun yazdığına görə, peyklərin yaxınlaşdırılmış təsvirləri artefaktlarla zəngin yerlərin, tikililərin dəqiq təyin edilməsi prosesini asanlaşdırır. "Bəzi qədim tarixi abidələr və məkanlar torpaq, qum qatı və ya otlarla örtülü olur, lakin peykdən göndərilən fotoşəkillərdə onların əlamətləri lazer işıqlandırılması vasitəsilə mümkün olacaq", -deyə alim qeyd edir. O, buna sübut olaraq müxtəlif texnologiyaların tətbiqi üsullarını göstərir. Məsələn, Nil çayının deltasında 4 min il əvvəl Qədim Misir Çarlığı zamanında bu ərazini tərk etmiş insanların izləri də bu metodla müəyyən edilib. Texnologiyanın yeni nailiyyətləri sayəsində Qədim Misirin bir vaxtlar zəngin vadi olmuş ərazisində iqlim dəyişmələrinin hansı yerlərdə insanların kütləvi köçünə səbəb olduğu da aydın göstərilir.

Sara Perkak vurğulayıb ki, kosmik arxeologiya tezliklə qədim artefaktların kəşfiyyatı vasitəsinə çevriləcək. Onun sözlərinə görə, Yer kürəsinin təxminən 10 faizi üzrə arxeoloji abidələrin xəritəsi tərtib olunub və müasir texnologiyalar bundan qat-qat artıq əraziləri müəyyən edə bilər. Hazırda alimlər GlobalXplorer onlayn platformasının hazırlanmasında Perkaka yardım edirlər.

Malayziya polisi itkin düşmüş irlandiyalı turisti axtarır like
  • 05 Avq 20:22  
Dünya Malayziya polisi itkin düşmüş irlandiyalı turisti axtarır

Malayziya polisi itkin düşmüş 15 yaşlı irlandiyalı turisti axtarır.

arrow Ətraflı
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb like
  • 05 Avq 20:18  
Digərləri Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçir

arrow Ətraflı
Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb like
  • 05 Avq 20:12  
Digərləri Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb

Bu gün saat 18:10-da radələrində 6704 saylı Bakı-Şirvan marşrutu ilə h

arrow Ətraflı
Malayziya polisi itkin düşmüş irlandiyalı turisti axtarır like
  • 05 Avq 20:11  
Digərləri Malayziya polisi itkin düşmüş irlandiyalı turisti axtarır

Malayziya polisi itkin düşmüş 15 yaşlı irlandiyalı turisti axtrır.

arrow Ətraflı
Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir like
  • 05 Avq 20:02  
Siyasət Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir

Türkmənistan bir sıra beynəlxalq və regional layihələrin, o cümlədən

arrow Ətraflı
Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb like
  • 05 Avq 20:02  
Digərləri Dəmir Yolları Səngəçaldakı qəza ilə bağlı məlumat yayıb

12-13 yaşlarında olan Tərlan Cavanşir oğlu Bayramov, ehtiyatsızlıq edər

arrow Ətraflı
Yeni klipi bir sutkada 20 milyon dəfə baxıldı like
  • 05 Avq 19:56  
Digərləri Yeni klipi bir sutkada 20 milyon dəfə baxıldı

Ariana Qrandenin "YouTube" kanalında yerləşdirdiyi "Boyfriend&

arrow Ətraflı
Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir like
  • 05 Avq 19:53  
Digərləri Türkmənistan Azərbaycan vasitəsilə Əfqanıstandan Avropaya nəqliyyat dəhlizini təşviq edir

Türkmənistan bir sıra beynəlxalq və regional layihələrin, o cümlədən

arrow Ətraflı
İrandan gələn Azərbaycan vətəndaşı düz bağırsağında narkotik keçirmək istədi like
  • 05 Avq 19:50  
Kriminal İrandan gələn Azərbaycan vətəndaşı düz bağırsağında narkotik keçirmək istədi

İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan Respublikası vətəndaş

arrow Ətraflı
Hövsan yolunda qəza oldu, 6 nəfər yaralandı like
  • 05 Avq 19:48  
Digərləri Hövsan yolunda qəza oldu, 6 nəfər yaralandı

Bakıda Hövsan-Türkan yolunda qəza baş verib.

arrow Ətraflı
Bengü 40 yaşında ana oldu like
  • 05 Avq 19:45  
Digərləri Bengü 40 yaşında ana oldu

Türkiyəli ifaçı Bengü ana olub.

arrow Ətraflı
Səngəçalda faciə: qatar 8 yaşlı uşağı vurdu like
  • 05 Avq 19:43  
Digərləri Səngəçalda faciə: qatar 8 yaşlı uşağı vurdu

Səngəçalda qatar 8 yaşlı uşağı vurub.

arrow Ətraflı
Səngəçalda qatar 8 yaşlı uşağı vurub like
  • 05 Avq 19:42  
Digərləri Səngəçalda qatar 8 yaşlı uşağı vurub

Səngəçalda qatar 8 yaşlı uşağı vurub.

arrow Ətraflı