Qəbələdə toyda kütləvi zəhərlənmə olub


Digərləri 05 Avq 2019 19:34:00 242 0

Qəbələdə toyda kütləvi zəhərlənmə olub

Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub.

Bakı. İlhamə İsabalayeva - Qəbələnin Zərgərli kəndində keçirilən toyda kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 26 nəfər Qəbələ Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb: "Onlara lazımi tibbi yardım göstərilib. Faktla bağlı hüquq-mühafizə orqanlarına və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib. Hazırda xəstəxana gücləndirilmiş rejimdə işləyir".