Oğuz meşəsindəki yanğın söndürülüb


Digərləri 05 Avq 2019 19:04:00 242 0

Oğuz meşəsindəki yanğın söndürülüb

Yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib.

Bakı. Bu gün günorta saatlarında Oğuz rayonunun Söyüdlü, Qarabulaq və Kirovka kəndləri yaxınlığında biçilmiş taxıl sahələrində baş vermiş yanğın sonradan güclü külək nəticəsində meşə ərazisinə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın Trend-ə verdiyi məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti tərəfindən yanğın axşam saat 17:00 radələrində söndürülüb: “Yanğın zamanı meşə fonduna aid 8 hektar ərazidə quru ot örtüyü və qaratikan, yemişan kolları yanıb. Eyni zamanda bu gün Oğuzun Astraxanovka kəndi yaxınlığında da yanğın hadisəsi qeydə alınıb. Burada da yanğına səbəb biçənək sahəsinə od vurulması olub. ETSN-nin əməkdaşlarının və FHN-nin yanğın söndürənlərinin ciddi cəhdlərinə baxmayaraq güclü küləyin təsirindən yanğın sürətlə yayılaraq Türyançay Dövlət Təbiət Qoruğunun ərazisinə keçib və 3 hektara yaxın quru ot örtüyü yanıb.