6 yol qəzasında 6 nəfər ölüb,


Digərləri 05 Avq 2019 18:28:00 292 0

6 yol qəzasında 6 nəfər ölüb,

Ötən gün törədilmiş 19 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə səkkiz nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə bir nəfər, borclu şəxs qismində axtarılan iki nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş altı ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, dörd nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 14 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.