"Neftçi"nin Avropa Liqasında potensial rəqibləri müəyyənləşib


Digərləri 05 Avq 2019 16:38:46 246 0

"Neftçi"nin Avropa Liqasında potensial rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib

Bakı. Orxan Nəbiyev - İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, “Neftçi” üçüncü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunu keçəcəyi təqdirdə “Malmö” (isveç) - "Zrinski" (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq. Eyni zamanda, “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu təqdirdə ağdamlıların rəqibi “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi olacaq. İlk görüş səfərdə baş tutacaq.