“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib


Digərləri 05 Avq 2019 16:17:00 168 0

“Beynəlxalq Ordu Oyunları”nda İrana məxsus tank tüstülənib

Rusiyanın Moskva vilayətində davam edən “Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında İrana məxsus tank tüstülənib

Bakı. Rusiyanın Moskva vilayətində davam edən “Beynəlxalq Ordu Oyunları - 2019” yarışlarında İrana məxsus tank tüstülənib. Trend-in məlumatına görə, hərəkət zamanı iranlı heyət üzvləri mühərrikin sərinləndirmə sisteminin jalüzünü açmadığı üçün mühərrik qızıb və tüstülənmə başlayıb. Təminat xidmətinin çevik reaksiyası nəticəsində tüstülənmənin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.