Güclü külək nə vaxtadək davam edəcək?


Digərləri 05 Avq 2019 13:35:00 187 0

Güclü külək nə vaxtadək davam edəcək?

Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.

Bakı. İlhamə İsabalayeva - Sabah Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 25-27, Bakıda gecə 21-23, gündüz 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan daxilində 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti təşkil edəcək.