FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı


Digərləri 05 Avq 2019 12:24:00 196 0

FHN “Sədərək”dəki yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonunda "Sədərək" ticarət mərkəzində baş verən yanğınla bağlı yekun məlumat yayıb.

FHN-dən Son.az-a bildiriblər ki, "Sədərək" ticarət mərkəzinin ərazisində ümumi sahəsi 1600 kvadratmetr olan müxtəlif təyinatlı anbarın yanar hissələri və içərisindəki mallar 900 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi və bitişik anbarlar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.